Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 495 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Satınalma güzəştinin tətbiqi Qay­dası”nın təsdiq edilməsi və “Güzəştlə­rin tətbiqi Qaydasının və bölünən his­sələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 okt­yabr tarixli . 165 nömrəli Qərarında də­yişiklik edilməsi barədə

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.13-cü ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Satınalma güzəştinin tətbiqi Qay­dası” təsdiq edilsin (əlavə olunur).

2. “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2002, № 10, maddə 648; 2016, № 7, maddə 1364; 2019, № 4, maddə 746, № 7, maddə 1334; 2020, № 9, maddə 1202; 2023, № 8 (II kitab), maddə 1265) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları