Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 494 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınal­ma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabi­liyyətinin olması tələblərinə uyğunlu­ğunun qiymətləndirilməsi meyarları”­nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.12-ci ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu me­todları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahə­də peşəkarlığının, təcrübəsinin, maliy­yə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiy­mətləndirilməsi meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları