Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 493 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Dövlət satınalmalarının vahid in­ternet portalı haqqında Əsasnamənin və elektron satınalmanın keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqın­da

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.6-cı yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət satınalmalarının vahid in­ternet portalı haqqında Əsasnamə” təs­diq edilsin (əlavə olunur).

2. “Elektron satınalmanın keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları