Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 492 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçı­ların reyestrlərinin aparılması Qayda­ları”nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.5-ci yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıla­rın reyestrlərinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları