Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 496 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Dövlət satınalmalarının vahid in­ternet portalından istifadə üçün ödə­nilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilmə­si, geri qaytarılması və ödənilmiş və­saitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Açıq tender və ya kotirovka sorğusu üsulu­nu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iş­tirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı­nın ləğv edilməsi barədə 

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.11-ci yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət satınalmalarının vahid in­ternet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim et­mək üçün ödənilən iştirak haqqının məb­ləğləri, onların ödənilməsi, geri qaytarıl­ması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Açıq tender və ya kotirovka sorğu­su üsulunu tətbiq etməklə elektron satı­nalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1520) ləğv edilsin. 

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları