Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 472 Bakı şəhəri, 25 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barə­də vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda dəyişiklik edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzası­nı rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikasının 2023-cü il 14 iyul tarixli 977-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969; 2018, № 11, maddə 2439; 2021, № 5, maddə 533) ilə təsdiq edilmiş “Verildiyi, da­yandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın 9-12-ci hissələri aşağı­dakı redaksiyada verilsin:

“9. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə da­şımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi.

10. Ölkədaxili sifarişli daşımalara buraxı­lış vəsiqəsi.

11. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi.

12. Taksi sifarişi operatoru fəaliyyətinə icazə.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları