𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐬̧ə𝐡𝐢𝐝 𝐨̈𝐯𝐥𝐚𝐝𝐥𝐚𝐫ı 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐘𝐞𝐧𝐢 𝐢𝐥 𝐬̧ə𝐧𝐥𝐢𝐲𝐢 𝐭ə𝐬̧𝐤𝐢𝐥 𝐨𝐥𝐮𝐧𝐮𝐛

post-img

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.

Tədbirdə iştirak edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bütün şəhid ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib.

İcra başçısı bildirib ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Uşaqların bugünkü sevinclərini, yaşadıqları coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu tədbirin bir məqsədi də uşaların psixoloji inkişafına dəstək olmaqdır.

Musiqili-əyləncəli şənlikdə uşaqlar Yeni il personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları, sehirbazla xoş zaman keçiriblər. 

Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

Sonda Şəmkir RİH tərəfindən şəhid övladlarına bayram hədiyyələri verilib, xatirə şəkilləri çəkilib.

 

         Hamlet QASIMOV

 XQ-nin bölgə müxbiri

 



















Sosial həyat