Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 473 Bakı şəhəri, 25 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qə­rarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2016, № 4, maddə 823; 2018, № 8, maddə 1797; 2023, № 2, maddə 298, № 6, maddə 844) ilə təsdiq edilmiş “Gömrük yığım­larının məbləğləri”nin 2.7.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7.7-ci yarımbənd əlavə edilsin: 

“2.7.7. Azərbaycan Respublikasının Mərkə­zi Bankı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları