Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 480 Bakı şəhəri, 25 dekabr 2023-cü il

“Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələ­rin və xarici (beynəlxalq) təşkilatların Siyahı­sı”nın təsdiq edilməsi haqqında

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərma­nında dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdı­rılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 dekabr 

tarixli 480 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması                             şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların

 

SİYAHISI

 

 

1.
Ölkələr:
1.1.
Amerika Birləşmiş Ştatları;
1.2.
Yaponiya;
1.3.
İsrail Dövləti;
1.4.
Avropa Azad Ticarət Assosiasiyasına üzv olan ölkələr:
1.4.1.
İslandiya Respublikası;
1.4.2.
İsveçrə Konfederasiyası;
1.4.3.
Lixtenşteyn Knyazlığı;
1.4.4.
Norveç Krallığı;
1.5.
Avropa İttifaqına üzv olan və olmuş ölkələr:
1.5.1.
Almaniya Federativ Respublikası; 
1.5.2.
Avstriya Respublikası;
1.5.3.
Belçika Krallığı;
1.5.4.
Bolqarıstan Respublikası;
1.5.5.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
1.5.6.
Çex Respublikası;
1.5.7.
Danimarka Krallığı;
1.5.8.
Estoniya Respublikası;
1.5.9.
Finlandiya Respublikası;
1.5.10.
Fransa Respublikası;
1.5.11.
Xorvatiya Respublikası;
1.5.12.
İrlandiya Respublikası;
1.5.13.
İspaniya Krallığı;
1.5.14.
İsveç Krallığı;
1.5.15.
İtaliya Respublikası;
1.5.16.
Kipr Respublikası;
1.5.17.
Latviya Respublikası;
1.5.18.
Litva Respublikası;
1.5.19.
Lüksemburq Böyük Hersoqluğu;
1.5.20.
Macarıstan;
1.5.21.
Malta Respublikası;
1.5.22.
Niderland Krallığı;
1.5.23.
Polşa Respublikası;
1.5.24.
Portuqaliya Respublikası;
1.5.25.
Rumıniya;
1.5.26.
Slovakiya Respublikası;
1.5.27.
Sloveniya Respublikası;
1.5.28.
Yunanıstan Respublikası;
1.6.
Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi bağlamış ölkələr:
1.6.1.
Andorra Knyazlığı; 
1.6.2.
San-Marino Respublikası;
1.6.3.
Türkiyə Respublikası.
2.
Xarici (beynəlxalq) təşkilatlar:
2.1.
Ümumdünya Səhiyyə Təşkilatı;
2.2.
Avropa Dərman Agentliyi.
 

Nazirlər kabinetinin qərarları