Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 471 Bakı şəhəri, 25 dekabr 2023-cü il

“Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlə­rin bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 157 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 966-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyat-ların aparılması və əqdlə­rin bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 157 nömrəli Qərarında (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2004, № 10, maddə 874; 2009, № 7, maddə 610; 2016, № 11, maddə 1961) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada “Valyuta tənzimi haqqın­da” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbay­can Respublikasında qiymətli metallarla əmə­liyyatların aparılması və əqdlərin bağlanması Qaydaları” üzrə:

2.1. 3.11-ci və 3.15-ci bəndlərdə “Maliy­yə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” söz­ləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları