AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№ 437  Bakı şəhəri, 6 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələb­lər”də dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2218; 2018, № 7 (II kitab), maddə 1631; 2019, № 7, maddə 1322, № 12, maddə 2102; 2022, № 11, maddə 1347) ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də aşağıda­kı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.2-1-ci və 2.2-1-ci bəndlər əlavə edilsin:

“1.2-1. Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğuları­na dair xüsusi tələblər bu Texniki Tələblə­rin 3-1-ci hissəsi ilə müəyyən edilir.

2.2-1. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidə-lərinin ərazilərin­də və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam ör­tük-lərində “Reklam haqqında” Azərbay­can Respublikası Qanununun 26.3-cü maddəsinin, həmçinin “Tarix və mədə­niyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci hissəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir.”. 

2. Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğuları­na dair xüsusi tələblər

3-1.1. Bu Texniki Tələblərin 3-1-ci hissəsinin məqsədləri üçün binalar de­dikdə birbaşa aid olduğu ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin yerləşdiyi yaşayış və qeyri-yaşayış binaları, habelə onun­la sıx bağlı və ya ona bitişik olan tikililər (çətirlər, tentlər, məhəccərlər və hasarlar) nəzərdə tutulur.

3-1.2. Bu Texniki Tələblərin 3.11-ci, 3.14-cü, 3.15-ci və 3.17-ci bəndləri ilə müəyyən edilmiş reklam qurğuları istis­na olmaqla, Bakı şəhərinin ərazisində olan binalarda yalnız bu Texniki Tələb­lərin 3-1-ci hissəsində nəzərdə tutulmuş reklam qurğularının yerləşdirilməsinə yol verilir.

3-1.3. Reklam qurğularının yerləşmə yerlərində qaz, istilik, su (kanalizasiya) və elektrik təchizatı sistemlərinin elementlə­rinin olduğu halda qurğuların yerləşdiril­məsi həmin sistemlərin təhlükəsizliyinin təmin edilməsi şərtilə həyata keçirilir.

3-1.4. Reklam qurğularının yerləşdi­rilməsi zamanı aşağıda-kılara yol veril­mir:

3-1.4.1. reklam qurğularının bu Tex­niki Tələblərin 3-1-ci hissəsi ilə müəyyən edilmiş parametrlərinin (ölçülərinin), elə­cə də yerləşdirilmə yerləri ilə bağlı müəy­yən edilmiş tələblərin pozulmasına;

3-1.4.2. bu Texniki Tələblərin 3-1.5.1-ci, 3-1.5.6-cı, 3-1.7.1-ci və 3-1.9.1-ci yarımbəndlərində nəzərdə tu­tulan hallarda reklam qurğularının şaquli yerləşdirilməsinə;

3-1.4.3. bu Texniki Tələblərin 3-1.5.7-ci yarımbəndi ilə müəyyən edil­miş hal istisna olmaqla, reklam qurğuları­nın binaların günlüklərində yerləşdirilmə­sinə;

3-1.4.4. reklam qurğusunun binanın fasadının tinlərində yerləşdirilməsinə;

3-1.4.5. reklam qurğusunun bina­nın fasadının memarlıq detallarında (o cümlədən, sütunlarda, ornamentlərdə, bəzəklərdə və s.) yerləşdirilməsinə;

3-1.4.6. reklam qurğusunun memori­al lövhələrə, həmçinin memarlıq abidələ­rinin (binalarının) məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə yerləşdirilmə­sinə;

3-1.4.7. ünvan məlumatlarının yerləş­diyi lövhələrin üzərinin örtülməsinə;

3-1.4.8. fasaddakı bir reklam qurğu­sunun digərinin üzərində yerləşdirilmə­sinə;

3-1.4.9. bir kronşteyn panel qurğusu­nun digərinin üzərində yerləşdirilməsinə;

3-1.4.10. reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, ya­pışdırma və digər metodlarla) yerləşdiril­məsinə;

3-1.4.11. reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanma­sına, boyan-masına və dekorativ plyon­kalarla örtülməsinə;

3-1.4.12. elektron daşıyıcının vitrin şüşəsinin bütün hündür-lüyü və (və ya) uzunluğu boyunca quraşdırılmasına;

3-1.4.13. reklam qurğusunun lociya, balkon və eyvanlarda yerləşdirilməsinə;

3-1.4.14. reklam qurğusunun məhəc­cərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda (şlaqbaumlar, çəpərlər və s.) yerləşdirilməsinə;

3-1.4.15. memarlıq abidələrində (bi­nalarında) eyni obyektə aid 1-dən çox fasad reklamının yerləşdirilməsinə;

3-1.4.16. memarlıq abidələrində (bi­nalarında) yerləşdirilən fasad reklamla­rında daxili işıqlandırmadan istifadə olun­masına;

3-1.4.17. memarlıq abidələrinin (bi­nalarının) üzərində kronşteyn panel qur­ğusunun yerləşdirilməsinə.

3-1.5. Fasad reklamları bu Texniki Tələblərin 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləşdirilir. Fa­sad reklamları yerləşdirilərkən aşağıda­kılara riayət olunmalıdır:

3-1.5.1. fasad reklamları hərflər, rəqəmlər, bədii-dekorativ elementlər (loqotiplər, nişanlar, simvollar və s.) şək­lində olmaqla ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin birinci və ikinci mərtəbələrinin pəncərələri ara­sındakı mərkəzi sahədən aşağıda, giriş hissələrinin və ya pəncərələrinin (vitrin­lərinin) yuxarısında, həmçinin obyektlərin pəncərələri arasındakı aralıq divarlarda yerləşdirilir. Binanın üzərində eyni za­manda bir neçə fasad reklamı yerləşdiril­dikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca (eyni səviyyədə) bir hündürlük səviyyəsində olmalıdır (əlavə 1, şəkil 1);

3-1.5.2. fasad reklamları binanın çöl tərəfinin ölçülərinə uyğun olan sahəsi çərçivəsində fasadın memarlıq element­lərindən azad hamar hissələrində yerləş­dirilir. Fasad reklamları bərkidici və (və ya) altlıq elementlərindən istifadə edil­məklə yerləşdirilə bilər. Fasad reklamları, habelə onun bərkidici və altlıq elementlə­ri ərazinin və binanın bədii-memarlıq üs­lubuna uyğun olmalıdır. Fasad reklamları tək qurğudan (vahid qurğu) və ya qar­şılıqlı əlaqəli elementlərin əks olunduğu qurğulardan ibarətdir;

3-1.5.3. fasad reklamları binaların zirzəmi və ya kürsülük mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxarı­sında yerləşdirilə bilər. Bu zaman reklam qurğusu bərkidildiyi yerdən 0,10 metrdən çox çıxıntı əmələ gətirməməlidir (əlavə 1, şəkil 2);

3-1.5.4. fasad reklamlarının ölçüləri (əlavə 1, şəkil 3):

1. hündürlüyünə görə - qurğunun friz­də yerləşdirilməsi istisna olmaqla 0,50 metrdən;

2. uzunluğuna görə - tək qurğu üçün 10 metrdən, lakin obyektin uzunluğunun 70 faizindən;

3. fasad reklamları qarşılıqlı əlaqəli elementlərdən istifadə edilməklə hazırlan­dıqda onun maksimal ölçüsü uzunluğuna görə 15 metrdən, lakin obyektin uzunluğu­nun 70 faizindən çox olmamalıdır;

3-1.5.5. bu Texniki Tələblərin 3-1.5.3-cü yarımbəndi istisna olmaqla, fasad rek­lamları bərkidildiyi yerdən 0,20 metrdən (memarlıq abidələrinə (binalarına) mü­nasibətdə isə 0,10 metrdən) artıq çıxıntı əmələ gətirməməlidir (əlavə 1, şəkil 4);

3-1.5.6. frizdə yerləşdirilən fasad rek­lamında altlıqdan istifadə edildiyi halda, həmin altlıq frizin ölçülərinə uyğun yer­ləşdirilir. Reklam qurğusunun frizdə yer­ləşdirilməsi üçün istifadə edilən altlığın hündürlüyü frizin hündürlüyünə bərabər olmalıdır. Frizdəki fasad reklamları vahid üfüqi ox üzrə yerləşdirilməlidir. Bir frizdə bir neçə fasad reklamı yerləşdirildikdə onlar üçün vahid altlıq təşkil edilməlidir (əlavə 1, şəkil 5);

3-1.5.7. binanın günlüyündə frizin ol­duğu halda fasad reklamı frizin qabaritləri daxilində yerləşdirilə bilər (əlavə 1, şəkil 6);

3-1.5.8. fasad reklamları memarlıq abidələrinin (binalarının) üzərində həmin abidələrin (binaların) fasadlarının səthinə uyğun bərkidici elementlərdən istifadə edilməklə yerləşdirilməlidir;

3-1.5.9. fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiya­sına, üslubuna, ornament və ya naxış­larına, o cümlədən fasadlarının dekora­siyasına xələl gətirmədən, rənglərin və rəng birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir; 

3-1.5.10. yerləşdirilmiş fasad rek­lamlarına əlavə olaraq binanın girişində (sağda və ya solda olmaqla), qapı oyu­ğundan yüksəkdə olmamaq şərtilə fa­sadın memarlıq elementlərindən azad hamar hissələrində bir ədəd reklam qur­ğusu yerləşdirilə bilər. Bu zaman reklam qurğusu hündürlüyünə görə 0,80 metr­dən, uzunluğuna görə isə 0,60 metrdən çox olmamalıdır (əlavə 1, şəkil 7).

3-1.6. Vitrin üzərində reklam qurğula­rı bu Texniki Tələblərin 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yer­ləşdirilir. Vitrin üzərində reklam qurğula­rı yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

3-1.6.1. vitrin üzərində reklam qurğu­su vitrin şüşəsinin xarici və (və ya) daxili tərəfində yerləşdirilir;

3-1.6.2. vitrin üzərində reklam qurğu­su hərflər, rəqəmlər, bədii-dekorativ ele­mentlər (loqotiplər, nişanlar, simvollar və s.), təsvirlər şəklində və ya elektron daşı­yıcılar vasitəsilə yerləşdirilir;

3-1.6.3. vitrin şüşəsində reklam sət­hinin sahəsi vitrinin ümumi sahəsinin 50 faizindən çox olmamalıdır. Vitrin üzərində reklam qurğusu bərkidici və (və ya) altlıq elementlərindən istifadə etməklə yerləş­dirilə bilər (əlavə 2, şəkil 1);

3-1.6.4. vitrin şüşəsində yerləşdirilən reklam qurğusu çərçivələrin, impostlar olduqda onların sərhədləri daxilində yer­ləş-məlidir. Vitrin şüşəsinin xarici tərəfinə yerləşdirilən reklam qurğusu binanın fasadının müstəvisindən kənara çıxma­malı, reklam qurğusunun uzunluğu vitrin şüşəsinin uzunluğundan çox olmamalı­dır. Vitrin çoxtərəfli formaya malik olduğu halda reklam qurğusu onun hər üzünə paralel şəkildə, konstruktiv elementlərinə (impostlarına) bərkidilmə mümkünlüyü təmin edilməklə yerləşdirilə bilər (əlavə 2, şəkil 2);

3-1.6.5. reklam qurğularının binaların pəncərələrində (pəncərə altlıqlarında) və qapılarının şüşələrində yerləşdirilməsi onların vitrinlərdə yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş tələblərə müvafiq ola­raq həyata keçirilir.

3-1.7. Kronşteyn panel qurğuları bu Texniki Tələblərin 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uyğun yerləş­dirilir. Kronşteyn panel qurğuları yerləşdi­rilərkən aşağıdakılara riayət olunmalıdır:

3-1.7.1. kronşteyn panel qurğusu bi­rinci və ikinci mərtəbələrin pəncərələri arasındakı mərkəzi sahədən aşağıda yerləşdirilməli, eləcə də yer səviyyəsin­dən kronşteyn panel qurğusunun aşağı kənarınadək məsafə ən azı 2,20 metr olmalıdır. Kronşteyn panel qurğuları ara­sındakı məsafə 3 metrdən az ola bilməz. Binada eyni obyektə aid yalnız 1 kronş­teyn panel qurğusu yerləşdirilə bilər. Bi­nanın üzərində eyni zamanda bir neçə kronşteyn panel qurğusu quraşdırıldıqda, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində (reklam qurğusunun aşağı kənarlarına münasibətdə) olmalıdır (əlavə 3, şəkil 1); 

3-1.7.2. kronşteyn panel qurğusunun bərkidici elementləri binanın fasadının müstəvisindən 0,20 metrdən çox mə­safədə, onun üz tərəfinin kənar nöqtəsi isə fasadın müstəvisindən 1 metrdən çox məsafədə yerləşməməlidir. Kronşteyn panel qurğusunun hündürlüyü 1 metr­dən, eni isə 0,20 metrdən çox olmamalı­dır (əlavə 3, şəkil 2); 

3-1.7.3. tarix və mədəniyyət abidələ­rinin mühafizə zonala-rındakı binalarda yerləşdirilən kronşteyn panel qurğusu hündürlüyünə və uzunluğuna görə 0,50 metrdən çox olmamalıdır (əlavə 3, şəkil 3);

3-1.7.4. kronşteyn panel qurğusu ta­rix və mədəniyyət abidələrinin mühafizə zonalarındakı binalarda binanın bədii memarlıq üslubuna uyğun dizayn edildik­də yerləşdirilə bilər.

3-1.8. Asma panel qurğuları bu Texni­ki Tələblərin 4 nömrəli əlavəsi ilə müəy­yən edilmiş tələblərə uyğun yerləşdirilir. Asma panel qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

3-1.8.1. asma panel reklam qurğusu piyadaların qalereya məkanında, yerləş­dirmə yerinin estetik görkəminə və öl­çülərinə uyğun olaraq yerləşdirilir;

3-1.8.2. yer səviyyəsindən asma pa­nel qurğusunun aşağı kənarınadək mə­safə 2,5 metrdən az olmamalıdır;

3-1.8.3. asma panel reklam qurğusu­nun hündürlüyü 0,75 metrdən çox olma­malıdır.

3-1.9. Binalarda digər reklam qur­ğuları bu Texniki Tələblərin 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş tələblərə uy­ğun yerləşdirilir. Binalarda digər reklam qurğuları yerləşdirilərkən aşağıdakılara riayət olunmalıdır:

3-1.9.1. binaların vitrinlərinin, qapı və pəncərələrinin üzərinə quraşdırılan tent­lərə, o cümlədən stasionar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyekt­lərinə bitişik sahələrdə istifadə edilən çə­tirlərə reklamların yerləşdirilməsinə yol verilir. Bu zaman reklamın hündürlüyü 0,30 metrdən çox olmamalıdır. Tent və çətirlərdə reklamlar vahid üfüqi ox üzə­rində yerləşməlidir (əlavə 5, şəkil 1);

3-1.9.2. zirzəmi mərtəbəsinin giriş hissələrinin və ya pəncərələrinin yuxa­rısında reklam yerləşdirmək mümkün olmadıqda və ya yerləşdirilmiş reklam­lar qarşıdan baxılarkən görünmədikdə məhəccərdə reklam yerləşdirmək müm­kündür. Məhəccər metal konstruksiya şəklində və ya memarlıq elementlərindən ibarət olduqda onun tutacaq hissəsi istis­na olmaqla, səthində reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Məhəccərin tutacaq hissəsində quraşdırılan reklam qurğusunun reklam yerləşdirilən səthi 0,50 x 0,50 metrədək, yer səviyyəsindən yuxarı kənarınadək məsafə maksimum 1,50 metrədək təşkil edir, digər hallarda isə reklam məhəccərin ümumi ölçüsünün 50 faizindən çox olmayaraq tam mərkəz­də yerləşdirilir (əlavə 5, şəkil 2).

3-1.10. Bakı şəhərinin ərazisində olan binalarda elektron ekranın, divar panosunun (brandmauer), binaların da­mında hərflər və loqotiplər şəklində yer­ləşdirilən, habelə fərdi layihələr əsasında hazırlanmış reklam qurğularının yerləş­dirilməsi xüsusiyyətləri bu Texniki Tələb­lərin müvafiq olaraq 3.11-ci, 3.14-cü, 3.15-ci və 3.17-ci bəndləri ilə tənzimlə­nir.”.

3. “Reklam qurğularına Texniki Tələb­lər”in 3-1-ci hissəsinin müddəaları bu Qərar qüvvəyə mindiyi tarixdə müddəti bitməmiş açıq məkanda reklam yerləş­dirilməsinə verilən icazə əsasında Bakı şəhərinin ərazisində olan binalarda yer­ləşdirilən reklam qurğularına şamil olun­mur.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları