Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 290 Bakı şəhəri, 3 oktyabr 2025-ci il

“Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 350 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 350 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 236 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 969 (Cild I); 2024, № 2, maddə 237) ilə təsdiq edilmiş “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.1-ci yarımbənddə “Nazirliyin aidiyyəti qurumları” sözləri “Nazirlik sisteminə daxil olan aidiyyəti qurumlar” sözləri ilə əvəz edilsin;

1.2. 4.6.14-1-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

1.3. 5-ci hissənin adında “maliyyə-təsərrüfat fəaliyyəti” sözləri “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin;

1.4. 7.2-ci bəndə “tərtib” sözündən sonra “və təqdim” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 356 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.7-ci bəndin dördüncü cümləsinə “qərarlar” sözündən sonra “açıq səsvermə yolu ilə” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 4.11.1-1-ci yarımbənd əlavə edilsin:

“4.11.1-1. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;”;

2.3. 5-ci hissənin adında “maliyyə-təsərrüfat fəaliyyəti” sözləri “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1003 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161; 2025, № 7, maddə 730) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5-ci hissəsinin adında “maliyyə-təsərrüfat fəaliyyəti” sözləri “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161; 2025, № 7, maddə 730) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin 5-ci hissəsinin adında “maliyyə-təsərrüfat fəaliyyəti” sözləri “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 975 (Cild I); 2025, № 7, maddə 730; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 16 sentyabr tarixli 265 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5-ci hissəsinin adında “maliyyə-təsərrüfat fəaliyyəti” sözləri “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 976 (Cild I) ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5-ci hissəsinin adında “maliyyə-təsərrüfat fəaliyyəti” sözləri “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları