AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№ 438   Bakı şəhəri, 6 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləş­dirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təs­diq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsin­dən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbir­ləri haqqında” 2001-ci il 7 noyabr ta­rixli 179 nömrəli qərarlarında dəyişik­lik edilməsi barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdiril­məsi və şəhid ailələrinə edilən güzəşt­lər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn hi­mayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azər­baycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 910-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yanğın təhlükəsizliyi haqqında” Azər­baycan Respub-likası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 619 nömrəli, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 27 iyul tarixli 168 nömrəli, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum ol­muş uşaqların sosial müdafiəsi haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 188 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbay­can Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanlarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2239 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11, maddə 1397; 2021, № 3, maddə 275, № 4, maddə 404, № 7, maddələr 871, 875, № 10, maddə 1164, № 12, maddələr 1518, 1535; 2022, № 1, maddə 74, № 8, maddə 974, № 11, mad­də 1349; 2023, № 3, maddə 419) ilə təs­diq edilmiş “Şəhid adının əbədiləşdirilmə­si və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.6-cı yarımbən­dindən “, həmçinin Azərbaycan Milli Elm­lər Akademiyasında” sözləri çıxarılsın.

2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqla­rın sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2001, № 11, maddə 719; 2017, № 12 (II kitab), maddə 2514; 2020, № 4, maddə 480, № 8, maddə 1122; 2021, № 1, maddə 97; 2022, № 1, maddə 71, № 6, maddə 668, № 12, maddə 1552) 2-ci hissəsinin ikinci ab­zasından “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA)” və “və ya AMEA-nın” sözləri, üçüncü abzasından “və AMEA-nı” və “və ya AMEA-nın” sözləri çıxarılsın.

3. Bu Qərar 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları