Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 422 Bakı şəhəri, 21 noyabr 2023-cü il

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablan­masına dair metodologiya”nın təsdiq edilmə­si haqqında

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası­nı təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qo­şulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 noyabr 

tarixli 422 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma 

xidmətinə görə ödənişin hesablanmasına dair

 

METODOLOGİYA

 

1. Ümumi müddəalar

 

1.1.            Bu metodologiya “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 10-cu maddəsinin altıncı hissəsinə uyğun olaraq hazırlanmışdır və tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanması qaydasını müəyyən edir.

1.2.            Bu metodologiyada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1.        baza ili – bu metodologiyada nəzərə alınan hesablama dövründən əvvəlki təqvim ili;

1.2.2.        hesablama dövrü – qoşulma xidmətinə görə ödənişlə bağlı hesablamaların aparıldığı dövr;

1.2.3.        tarif dövrü – bu metodologiyaya uyğun olaraq hesab-lanmış qoşulma xidmətinə görə ödənişlərin qüvvədə olduğu müddət;

1.2.4.        enerji təchizatı müəssisəsi – icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxs;

1.2.5.        dövlət elektroenergetika müəssisəsi – vahid mərkəz-dən idarə olunan ötürücü şəbəkələr, onların dispetçer idarəetmə vasitələri və onun tabeliyində olan (strukturuna daxil olan) enerji istehsalçıları;

1.2.6.        elektrik qurğuları – elektrik enerjisinin istehsalı, saxlanıl-ması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər; 

1.2.7.        elektrik şəbəkəsi – elektrik enerjisinin ötürülməsi və paylanması üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu; 

1.2.8. mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi;

1.2.9. qoşulma xidmətinə görə ödəniş – Qanunun 8-1-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan tikinti obyektləri üçün layihələndirilmə, tikinti-quraşdırma işlərinə və mövcud 0,4 kV-luq şəbəkəyə fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), Qanunun 8-1-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulan tikinti obyektləri üçün isə sifarişçi tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra elektrik şəbəkəsinə fiziki qoşulmaya görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra – Tarif (qiymət) Şurası) tərəfindən müəyyən olunan məbləğ.

1.3.            Qoşulma xidmətinə görə ödənişin hesablanma qaydası aşağıdakı prinsiplərə əsaslanır:

1.3.1.        qoşulma xidmətinə görə çəkilən xərclərin Qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş qiymətlər (tariflər) vasitəsilə tam şəkildə ödənilməsi;

1.3.2.        qoşulma xidmətinə görə çəkilən xərclərin fərqli qiymətlərin (tariflərin, ödənişlərin) hesablanması yolu ilə faktiki (mühasibat uçotu qaydalarına uyğun xərclərə aid edilən) dəyərindən artıq həcmdə nəzərə alınmasına yol verilməməsi;

1.3.3.        enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi üçün qoşulma xidmətinin rentabelliyinin təmin olunması.

1.4.            Bu metodologiyada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

 

2.             Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün qoşulma xidmətinə görə ödənişin hesablanması

 

2.1.            Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün qoşulma xidmətinə görə ödənişin hesablanması aşağıdakı düstura əsasən aparılır:

 

QH =  TG    

 

 

 

burada:

 

  QH
-
qoşulma xidmətinə görə ödənişin məbləği;
 TG
-
tələb olunan güc (kVt);
X

 

 
-

 

 
baza ilində elektrik şəbəkəsinə qoşulma ilə bağlı enerji təchizatı müəssisəsi tərəfindən çəkilən faktiki xərclərin ümumi məbləği;
G

 
-

 
baza ilində elektrik şəbəkəsinə qoşulmuş faktiki gücün cəmi (kVt);
K
-
tarif dövrünə aid qiymət korreksiya indeksi;
R

 

 

 

 
-

 

 

 

 
tarif dövrünə aid Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş rentabellik norması (tarif dövrünə aid rəsmi istehlak qiymətləri indeksinin proqnoz göstəricisi ilə məhdudlaşdırılır).

 
2.2.            Bu metodologiyanın 2.1-ci bəndində qeyd olunan düstura əsasən qoşulma xidmətinə görə ödəniş 1 fazlı və 3 fazlı təchizat sxemləri üzrə ayrı-ayrılıqda hesablanır.

2.3.            Bu metodologiyanın 2.1-ci bəndində nəzərdə tutulan korreksiya indeksi (K) metodologiyanın 1.3.1-ci və 1.3.2-ci yarımbənd-lərində qeyd olunan prinsiplərin gözlənilməsi şərtilə qoşulma xidmətinə görə çəkilən (çəkiləcək) xərclərin tam qarşılanması üçün hesablama dövrünə olan bazar (qiymət) konyunkturası və enerji təchi-zatı müəssisəsinin bu metodologiya ilə qarşılanmayan digər faktiki (proqnoz) xərclərinin səviyyəsindən asılı olaraq müəyyənləşdirilir. 

2.4.            Bu metodologiyanın 2.1-ci bəndində qeyd olunan düstura əsasən məişət abonentlərinin 1 fazlı təchizat sxemi üzrə 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) güc tələbləri ilə bağlı qoşulma xidmətinə görə ödənişin hesablanmasında rentabellik norması (R) nəzərə alınmır.

2.5.            Bu metodologiyanın 2.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda onların enerji təchizat şəbəkəsinə qoşulması və ya əlavə güc alması xidmətlərinə görə ödəniş bu metodologiyanın 3-cü hissəsində nəzərdə tutulmuş qaydada hesablanır.

 

 

 

 

 

3.             Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksəkgərginlikli

şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin

 elektrik şəbəkəsinə qoşulması üçün qoşulma xidmətinə 

görə ödənişin hesablanması

 

3.1.            Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək- gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin Qanunun 8-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla elektrik şəbəkəsinə qoşulması üçün qoşulma xidmətinə görə ödənişin hesablanması aşağıdakı düstura əsasən aparılır:

 

QH =  TG x  

 

burada:

 

QH
-
qoşulma xidmətinə görə ödənişin məbləği;
TG
-
tələb olunan güc (kVt);
İN

 

 

 

 

 

 
-

 

 

 

 

 

 
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün tələb olunan gücə uyğun olaraq enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən baza ilində alınmış (quraşdırılmış) elektrik qurğularının illik amortizasiya xərclərinin ümumi məbləği;
G

 
-

 
baza ilində elektrik şəbəkəsinə qoşulmuş faktiki gücün cəmi (kVt); 
K
-
tarif dövrünə aid qiymət korreksiya indeksi;
R

 

 

 
-

 

 

 
tarif dövrünə aid Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş rentabellik norması (tarif dövrünə aid rəsmi istehlak qiymətləri indeksinin proqnoz göstəricisi ilə məhdudlaşdırılır);
GS

 

 
-

 

 
gərginlik səviyyəsindən (aşağı, orta və yüksək) asılı olaraq müəyyənləşdirilən gərginlik əmsalı.

 
3.2.            Bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulan korreksiya indeksi (K) metodologiyanın 1.3.1-ci və 1.3.2-ci yarımbənd-lərində qeyd olunan prinsiplərin gözlənilməsi şərtilə qoşulma xidmətinə görə çəkilən (çəkiləcək) xərclərin tam qarşılanması üçün hesablama dövrünə olan bazar (qiymət) konyunkturası, eləcə də enerji təchizatı müəssisəsi və dövlət elektroenergetika müəssisəsinin bu metodologiya ilə qarşılanmayan digər faktiki (proqnoz) xərclərinin səviyyəsindən asılı olaraq müəyyənləşdirilir.

3.3.            Bu metodologiyanın 3.1-ci bəndində müəyyənləşdirilən  gərginlik əmsalı (GS), baza ilində gərginlik səviyyələrinə görə (aşağı, orta və yüksək) qruplaşdırılmış faktiki xərclərin nisbəti əsasında, aşağıdakı düstura əsasən ayrı-ayrılıqda hesablanır:

 

GS =    

 

burada:

 

Qorta
-
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada müvafiq tikinti obyektləri üzrə faktiki qoşulmalarla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği  ;
QSaşağı
-
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün aşağı gərginlik səviyyələrində qoşulma-larla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği;
QSorta
-
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün orta gərginlik səviyyələrində qoşulma-larla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği;
QSyüksək
-
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün yüksək gərginlik səviyyələrində qoşul-malarla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği;

 

 
 
 
 
4.   Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərinin müəyyən olunması, təkliflərin təqdim edilməsi və növbəti hesablama dövründə yenidən baxılması

 

4.1.            Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğləri Tarif (qiymət) Şurası tərəfindən hər tarif dövrü üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, enerji təchi-zatı müəssisəsindən və ya dövlət elektroenergetika müəssisəsindən daxil olmuş təkliflər nəzərə alınmaqla 1 kVt güc üçün qoşulma xidmətinə görə ödəniş tarifi, rentabellik norması, gərginlik əmsalı və korreksiya indeksi əsasında bu metodologiyanın 2.1-ci və 3.1-ci bəndlərində qeyd olunan düsturlara əsasən müəyyən edilir.

4.2.            Enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi qoşulma xidmətinə görə ödəniş məbləğlərinin müəyyən-ləşdirilməsinə dair təkliflərini (o cümlədən hesablamalara dair məlumatları) Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Tarif (qiymət) Şurasına təqdim edir. Azərbaycan Respublikasının Energetika Nazirliyi və  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi birlikdə daxil olmuş təklifləri təhlil edir və həmin məlumatlar əsasında aparılan hesablamaların nəticəsi üzrə təkliflərini 10 (on) iş günü müddətində Tarif (qiymət) Şurasına təqdim edirlər. Enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi təqdim olunan məlumatların tamlığına və düzgünlüyünə bilavasitə məsuliyyət daşıyır.

4.3.            Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən təqdim olunan təkliflərin emalı və yekun hesablamaların aparılması, habelə qoşulma xidmətinə görə ödənişin məbləğlərinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi həmin təkliflərin təqdim edildiyi son gündən (təkliflərdə uyğunsuzluq olduğu halda onların aradan qaldırıldığı gündən) 1 (bir) ay müddətində Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

4.4.            Qoşulma xidmətinə görə ödənişin məbləğlərinin müəyyən edilməsi barədə qərar Tarif (qiymət) Şurası tərəfindən qəbul edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.

4.5.            Qoşulma xidmətinə görə ödənişlər üzrə daxilolmalar enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin qoşulma ilə bağlı çəkdiyi faktiki xərcləri (o cümlədən bu metodologiya ilə müəyyən edilmiş rentabellik normasına uyğun mənfəəti) qarşılamadığı hallarda aradakı fərq növbəti hesablama dövründə aparılan hesablamalar zamanı bu metodologiyanın 2.1-ci və 3.1-ci bəndlərində nəzərdə tutulan faktiki xərclərə əlavə olunur.

4.6.            Qoşulma xidmətinə görə ödənişlər üzrə daxilolmalar enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin qoşulma ilə bağlı çəkdiyi faktiki xərclərdən (o cümlədən bu metodologiya ilə müəyyən edilmiş rentabellik normasına uyğun mənfəətdən) artıq olduğu hallarda aradakı fərq növbəti hesablama dövründə aparılan hesablamalar zamanı bu metodologiyanın 2.1-ci və 3.1-ci bəndlərində nəzərdə tutulan faktiki xərclərdən çıxılır.

 

Nazirlər kabinetinin qərarları