№ 263 Bakı şəhəri, 16 sentyabr 2025-ci il
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 1994-cü il 28 noyabr tarixli 407 nömrəli Qərarı”nın ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 20 noyabr tarixli 251 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası tərəfindən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin müəssisələri və təşkilatları ilə istehsalat kooperasiyasının və ixtisaslaşmanın qorunub saxlanması və inkişafına dair sahə və sahələrarası sazişləri bağlayan və icrasını təmin edən nazirlik, komitə, şirkət, konsern, birlik və təşkilatların Siyahısı”nın on dördüncü abzasından “və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Bakı Metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 15-ci hissənin “İcraçılar” sütunundan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti,” sözləri çıxarılsın;
2.2. 21-ci hissənin “İcraçılar” sütununda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210, 212 nömrəli və 1 avqust tarixli 228 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın 110-cu hissəsi ləğv edilsin.
4. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri