Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 421 Bakı şəhəri, 21 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təh­sil müəssisələrində (ümumi təhsil üzrə təh­silverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qəra­rı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221; 2023, № 3, maddə 435; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 oktyabr tarixli 362 nöm­rəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverən­lərə münasibətdə digər dövlət təhsil müəssisələ­rində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənd üzrə:

1.1. “ixtisasları” sözündən sonra “(fənləri)” sözü əlavə edilsin;

1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir.”.

2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Sertifikatlaşdırmadan keçmiş təhsil­verənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd forma­sında yaradılan sertifikat verilir. Sertifikat sertifi­katlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.”.

3. Aşağıdakı məzmunda 4.2-1 - 4.2-6-cı bəndlər əlavə edilsin: 

“4.2-1. “Təhsil Mərkəzləşdirilmiş İnformasi­ya Sistemi” vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu­na əsasən həyata keçirilir.

4.2-2. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respubli­kasının Qanununa uyğun olaraq yoxlanıla bilər.

4.2-3. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.

4.2-4. Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.

4.2-5. Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:

4.2-5.1. sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

4.2-5.2. təhsilverənin sertifikatlaşdırmada iş­tirak etdiyi tarix;

4.2-5.3. sertifikatın etibarlılıq müddəti (müd­dətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifi­katlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);

4.2-5.4. təhsilverənin identifikasiya məlumat­ları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

4.2-5.5. təhsilverənin çalışdığı təhsil müəs­sisəsinin (tabeçiliyi göstərilməklə) adı;

4.2-5.6. təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;

4.2-5.7. təhsilverənin sertifikatlaşdırmada iş­tirak etdiyi dil;

4.2-5.8. təhsilverənin test və müsahibə mər­hələlərində topladığı balı;

4.2-5.9. sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələ­rində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyət­lə məşğul olmaq hüququ verdiyinə dair qeyd.

4.2-6. Sertifikatda bütün məlumatlar Azər­baycan dilində yazılır.”.

4. Həmin Qaydaya əlavə ləğv edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları