№ 378 Bakı şəhəri, 24 oktyabr 2023-cü il
“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319; 2004, № 1, maddə 51, № 7, maddə 589, № 11, maddə 970; 2005, № 7, maddə 677; 2006, № 9, maddə 830; 2007, № 5, maddə 544; 2008, № 2, maddə 124; 2009, № 11, maddə 937; 2010, № 4, maddə 359; 2011, № 12, maddə 1260; 2014, № 4, maddə 460, № 5, maddələr 565, 593; 2016, № 6, maddə 1212; 2017, № 9, maddələr 1738, 1763; 2018, № 10, maddə 2146; 2019, № 3, maddə 512, № 4, maddə 776; 2021, № 12, maddə 1535; 2022, № 4, maddə 423, № 6, maddə 666) 1.3-cü bəndində “Polis Akademiyasının” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri