Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 377 Bakı şəhəri, 23 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nda dəyişik­lik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Pro­sessual Məcəlləsində, “Notariat haqqın­da”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 867-VIQD nömrəli Qanu­nunun tətbiqi və “Azərbaycan Respub­likasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bu­nunla bağlı hüquqi tənzimləmə məsələlə­ri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezidenti­nin 2023-cü il 3 iyun tarixli 2166 nömrəli Fərmanının icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli 116 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 563; 2005, № 11, maddə 1061, № 12, maddə 1228; 2008, № 8, mad­də 787; 2012, № 7, maddə 775, № 12, maddə 1353; 2019, № 3, maddələr 513, 565; 2021, № 10, maddə 1185) ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edil­miş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nın III bölməsinin 1-ci hissəsinin beşinci abzası ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları