Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 266 Bakı şəhəri, 4 avqust 2023-cü il
“Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 760-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 694; 2019, № 3, maddə 561) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissə 3-cü hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin;
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası” üzrə:
1.2.1. 1.4.1-ci yarımbəndə birinci halda “sahə mülkiyyətçiləri” sözlərindən sonra “və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş kirayəçiləri (bundan sonra-kirayəçi)” sözləri, ikinci və üçüncü hallarda ismin müvafiq hallarında “sahə mülkiyyətçiləri” sözlərindən sonra ismin müvafiq hallarında “və kirayəçilər” sözləri əlavə edilsin;
1.2.2. 2.3-cü bəndin birinci cümləsinə “sahə mülkiyyətçisi” sözlərindən sonra “və kirayəçisi” sözləri əlavə edilsin;
1.2.3. 2.10-cu bəndə “sahə mülkiyyətçilərinin,” sözlərindən sonra “kirayəçilərin,” sözü əlavə edilsin;
1.2.4. 4.7-ci bəndə ismin müvafiq hallarında “sahə mülkiyyətçiləri” sözlərindən sonra ismin müvafiq hallarında “və kirayəçilər” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

