Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 265 Bakı şəhəri, 4 avqust 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli, “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 3 iyun tarixli 211 nömrəli, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513, № 7, maddə 1319; 2021, № 3, maddə 282, № 4, maddə 405, № 10, maddə 1159, № 12, maddə 1535; 2022, № 8, maddə 1021) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.11-ci bəndin birinci abzasında “və arvadları (ərləri)” sözləri “, arvadları (ərləri) və övladları” sözləri ilə əvəz edilsin;
1.2. 1.15-ci bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.16-cı bənd əlavə edilsin:
“1.16. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə.”.
2. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, maddə 616, № 4, maddə 775; 2017, № 9, maddə 1727; 2018, № 6, maddə 1371; 2021, № 4, maddə 417, № 9, maddələr 1063, 1067) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və ikinci abzasında “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin” sözləri “Qeyri-rezidentlərin” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” üzrə:
2.2.1. adında və 1.1-ci bənddə “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin” sözləri “Qeyri-rezidentlərin” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bənddə “xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin” sözləri “qeyri-rezidentlərin” sözləri ilə əvəz edilsin;
2.2.3. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
“1.1-1. Bu Qaydaların məqsədləri üçün qeyri-rezident dedikdə xarici dövlətin qanunvericiliyinə uyğun olaraq vergi məqsədləri üçün rezident hesab edilən həmin xarici dövlətin hüquqi və fiziki şəxsi, o cümlədən ABŞ şəxsi (bundan sonra - xarici dövlətlərin hüquqi və fiziki şəxsləri) başa düşülür.”;
2.2.4. 1.6-cı bəndin birinci cümləsində “fiziki və ya hüquqi” sözləri “hüquqi və ya fiziki” sözləri ilə, 4-cü hissəsində “fiziki və hüquqi” sözləri “hüquqi və fiziki” sözləri ilə əvəz edilsin;
2.2.5. həmin Qaydaya 1 və 2 nömrəli əlavələrin yuxarı sağ küncündə “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin” sözləri “Qeyri-rezidentlərin” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, maddə 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320, № 4, maddə 588; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 may tarixli 170 nömrəli, 11 iyul tarixli 226 nömrəli və 19 iyul tarixli 233 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.4.9.4-cü yarımmaddəsinə “Kredit təşkilatlarına” sözlərindən sonra “, bank əməliyyatlarını aparan şəxslərə” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 191; 2022, № 4, maddə 398, № 8, maddə 1026) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.4.4-cü yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.4.5-ci yarımbənd əlavə edilsin:
“1.4.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə.”.
5. Bu Qərarın 3-cü hissəsi 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

