Torpaq xidmətlərinin yeni tarifləri

post-img

Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qəbul etdiyi qərara əsasən, ölkəmizdə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri müəyyən olunub.

Yeni tariflərə əsasən, kənd təsərrüfatı təyi­natlı torpaqlar üzrə 5 manat, yaşayış məntəqələ­rinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat, digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, mü­dafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqla­rı, ehtiyat fondu torpaqları) üzrə 50 manat tarif müəyyənləşdirilib.

Tarif (qiymət) Şurasının iclasında daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tariflər təsdiq edilib. Bunlar torpaq tədqiqatla­rının aparılması, xəritələşdirilməsi və sifarişçiyə təqdim edilməsi, texniki kadastr və yerquruluşu məlumatlarının, həmçinin sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surə­ti) verilməsi, sxematik ünvan planlarının tərtibi ilə bağlıdır.

“Xalq qəzeti”

Son xəbərlər