Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi diqqət mərkəzindədir

post-img

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən ixtisaslaşmış və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

Məhkəmə-Hüquq Şurasından ve­rilən məlumata görə, görüşdə İnam Kə­rimov çıxışında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatları diqqətə çatdırıb, ədalət müha­kiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırış­lara uyğun inkişaf etdirilməsinin zəruriliyi­ni vurğulayıb.

Bildirilib ki, yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası artıq qısa müddətdə müxtəlif istiqamətlərdə, o cümlədən, hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiy­mətləndirilməsi və digər sahələrdə konkret hədəflər müəyyənləşdirilib.

Eyni zamanda, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyi, vətəndaş­larda haqlı narazılıq doğuran mənfi hal­lar üzrə təsir tədbirlərinin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılıb. Məhkəmələrdə şəffaflığın təmin olunma­sı ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Görüşdə, həmçinin digər mövzular ət­rafında müzakirələr aparılıb.

“Xalq qəzeti”

Son xəbərlər