Milli Məclis Sədrinin Gürcüstan parlamenti sədrinə başsağlığı

post-img

Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Raça dağlıq bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, mək­tubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar gürcüstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adından və Azər­baycan Respublikası Milli Məclisinin üzv­ləri adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin ağır nəticələrinin tezliklə aradan qaldırılması diləklərini ifadə edib. 

“Xalq qəzeti”

Son xəbərlər