Koordinasiya Komissiyasının iclası

post-img

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Azərbaycan Respubli­kasının Prezidenti 2022-ci il sentyabrın 24-də Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumla­rının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılma­sı haqqında Sərəncam imzalayıb. Bu il iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq olunub. Əsasnamə­də Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili əksini tapıb.

Bununla bağlı, Komissiyanın ilk icla­sında Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev Sərəncamın ic­rası ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlər barədə çıxış edib. Prezi­dentin Sərəncamının əhəmiyyəti vurğu­lanıb, bu barədə mövcud vəziyyətin təh­lili şərhi verilib, ölkədə təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində müvafiq institusio­nal sistemin yaradıldığı, normativ hüquqi baza formalaşdırıldığı və bu istiqamətdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanla­rı tərəfindən nəzarətin və tənzimləmənin həyata keçirildiyi qeyd edilib.

Təhlükə potensiallı obyektlərin təh­lükəsiz istismarı zamanı mümkün qəza­ların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsinə, gələcək risklərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin yerinə yetirilməsinə, xüsusən də bu istiqamətdə aidiyyəti dövlət qurum­ları arasında operativ və səmərəli məlu­mat mübadiləsinin aparılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, habelə burada səmərəli planlaşdırmanın və ko­ordinasiya işinin təşkilinə böyük ehtiyacın olduğu bildirilib.

Bütün bunlardan irəli gələrək, Komis­siya qarşısında duran vəzifələrin, səmərə­li koordinasiyasının təşkili, cari və növbəti illər üzrə onun iş planının hazırlanması, Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (portalının) yaradıl­ması, ilkin qəbul edilməsi zəruri olan tex­niki reqlamentlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud nor­mativ hüquqi bazasının təkmilləşdirilmə­si ilə bağlı, habelə görüləcək digər işlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

İclasda, həmçinin təşkilati məsələlərə baxılıb, Komissiya Katibliyinin tərkibi təq­dim olunub, Komissiyanın fəaliyyət is­tiqamətlərinə aid sahələr - “Təhlükə poten­siallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi”, “Texniki reqlamentlərin müəyyən olunma­sı istiqamətində fəaliyyətin əlaqələndiril­məsi” və “Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı ob­yektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təhlili və təkmilləşdirilməsi” üzrə mütəxəssislərdən ibarət işçi qrupların tərkibi təsdiq olunmuş və digər məsələlər müzakirə edilib.

“Xalq qəzeti”

Son xəbərlər