Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 147 Bakı şəhəri, 4 may 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Azərbaycan Res­publikası Rəqəmsal İnkişaf və Nəq­liyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azər­baycan Respublikası Nazirlər Kabi­netinin bəzi qərarlarının ləğv edilmə­si haqqında” 2018-ci il 12 iyul tarixli 292 nömrəli, “İnnovativ layihələrin ic­timaiyyət üçün açıq reyestrinin apa­rılması və “Startap” pasportunun ve­rilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2021-ci il 29 yanvar tarixli 21 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti­nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağ­lı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərma­nının 5.10-cu bəndinə əsasən Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli­yinin strukturuna daxil olmayan tabeli­yindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1626; 2021, № 11, maddə 1276; 2022, № 4, maddə 425, № 5, maddə 555, № 9, maddə 1092, № 10, maddə 1226) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3-cü his­sə əlavə edilsin:

“3.Bu Qərarda dəyişiklik Azərbay­can Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərma­nı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bən­dinə uyğun edilə bilər.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin struktu­runa daxil olmayan tabeliyindəki qurum­ların Siyahısı” üzrə:

1.2.1. 11-ci və 13-cü hissələr aşağı­dakı redaksiyada verilsin:

“11. “İnnovasiya və Rəqəmsal İnki­şaf Agentliyi” publik hüquqi şəxs.

13. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs.”;

1.2.2. 4-cü, 14-cü və “Qeyd” hissələr ləğv edilsin.

2. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2021, № 1, maddə 104) ilə təsdiq edilmiş “İnnovativ layihələrin ictimaiy­yət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qay­daları”nın 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazir­liyinin tabeliyində İnnovasiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli­yinin tabeliyində İnnovasiya və Rəqəm­sal İnkişaf” sözləri ilə əvəz edilsin.

3. “Milli Nüvə Tədqiqatları Mərkə­zi” Qapalı Səhmdar Cəmiyyətinin Ni­zamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 12, maddə 1660; 2016, № 3, maddə 585; 2019, № 4, maddə 756, № 5, maddə 948; 2020, № 5, maddə 653) ləğv edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları