Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 146 Bakı şəhəri, 4 may 2023-cü il
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 oktyabr tarixli 1852 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 57; 2008, № 2, maddə 125; 2013, № 8, maddə 1024; 2016, № 10, maddə 1724, № 11, maddə 1972; 2017, № 6, maddə 1238, № 11, maddə 2140; 2018, № 1, maddə 139; 2020, № 6, maddə 795, № 12 (V kitab), maddə 1615; 2022, № 5, maddə 566, № 8, maddə 1005) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəsinə “saxlanması” sözündən sonra “, qorunması” sözü əlavə edilsin.
2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
3. Həmin Qərarla təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları” üzrə:
3.1. adına “saxlanması” sözündən sonra “, qorunması” sözü əlavə edilsin;
3.2. 1.2-ci bəndə “saxlanılmasını” sözündən sonra “, qorunmasını” sözü əlavə edilsin;
3.3. 3.1-ci bəndə, 3.1.1-ci, 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərə “saxlanılması” sözündən sonra “, qorunması” sözü əlavə edilsin;
3.4. 3.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.5-ci yarımbənd əlavə edilsin:
“3.1.5. Avtomobil Yollarının Mühafizə Xidmətinin fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinə.”;
3.5. 3.2-ci bənddə “3.1.4-cü” sözləri “3.1.5-ci” sözləri ilə əvəz edilsin;
3.6. “Qeyd” hissəsi ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri