Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 148 Bakı şəhəri, 4 may 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 91 nömrəli, “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 5 dekabr tarixli 279 nömrəli və “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”in təsdiq edilməsi barədə” 2014-cü il 13 oktyabr .tarixli 329 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1864 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 582; 2007, № 11, maddə 1177; 2008, № 2, maddə 132; 2009, № 8, maddə 677; 2012, № 11, maddə 1197; 2014, № 5, maddə 549, № 10, maddə 1293; 2015, № 2, maddə 214; 2016, № 6, maddə 1214; 2018, № 1, maddə 139, № 5, maddə 1132; 2021, № 9, maddə 1065, № 12, maddə 1509) ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın 15-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yeni avtomobil yolunun və ya adsız avtomobil yolunun adlandırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 (iyirmi bir) iş günü müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada avtomobil yolunu adlandırır və 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandırır.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1343; 2014, № 1, maddə 70) ilə təsdiq edilmiş “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nın 3.1-ci bəndinin birinci cümləsinə və 3.9-cu bəndinə “orqanları” sözündən sonra “(şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1299) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”in 3.6-cı bəndinə “orqanlarının” sözündən sonra “(şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla)” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri