Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 81 Bakı şəhəri, 9 mart 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 1993-cü il 8 yanvar tarixli 9 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh və Müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli və “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” 1995-ci il 22 avqust tarixli 190 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləş-dirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 338; 1998, № 1, maddə 50, № 9, maddə 596; 2008, № 2,maddə 130; 2013, № 10, maddə 1195; 2016, № 7, maddə 1343; 2018, № 10, maddə 2163; 2020, № 10, maddə 1295, № 11, maddə 1417; 2022, № 8, maddə 1006) 2 nömrəli əlavə - “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 3-cü hissəsinin birinci abzasında və 38-ci hissəsinin ikinci abzasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 118, № 6,maddə 442; 2000, № 8, maddə 646; 2003, № 6, maddə 342; 2004, № 9, maddə 750; 2005, № 6, maddə 558, № 11, maddə 1061; 2008, № 11, maddə 1042; 2009, № 1, maddə 34; 2012, № 9, maddə 926; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2016, № 9, maddə 1575; 2017, № 7,maddə 1503, № 12 (II kitab), maddə 2481; 2018, № 2, maddə 333, № 10, maddə 2156; 2019, № 1, maddə 153; 2020, № 11, maddə 1417; 2021, № 10, maddə 1195; 2022, № 4, maddə 390, № 9, maddə 1082) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 4.5-ci bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddələr 750, 756; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116; 2010, № 3, maddə 264; 2013, № 10, maddə 1194; 2014, № 6, maddə 747; 2018, № 12 (II kitab), maddə 2736; 2019, № 1, maddə 153; 2020, № 11, maddə 1417; 2022, № 4,maddə 390, № 8, maddə 974) ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respub-likasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 3.10-cu bəndinin üçüncü abzasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 656; 2005, № 2, maddə 131; 2006, № 5,maddə 463; 2008, № 2, maddələr 116, 130; 2016, № 7, maddə 1343; 2018, № 10, maddə 2163, № 12 (II kitab), maddə 2736; 2019, № 3, maddə 531; 2020, № 10, maddə 1310, № 11, maddə 1417; 2021, № 10, maddə 1195, № 12, maddə 1536; 2022, № 9, maddə 1085; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə” sözləri ilə əvəz edilsin və həmin hissədən “Ticarət Nazirliyinə,” sözləri çıxarılsın;
4.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram” üzrə:
4.2.1. 3-cü hissənin birinci və üçüncü abzaslarında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin;
4.2.2. 5.1-ci bəndin yeddinci və doqquzuncu abzaslarında, 5.5-ci bəndin ikinci-dördüncü abzaslarında və 5.6-cı bəndin ikinci abzasında “Məsul idarə və təşkilatlar” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
5. “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 1995-ci il 22 avqust tarixli 190 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 541; 2013, № 10, maddə 1196; 2018, № 12 (II kitab), maddə 2736; 2021, № 9, maddə 1087; 2022, № 4, maddə 413; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) 7-ci hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 360; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2005, № 6, maddə 541; 2006, № 5, maddə 463; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1369; 2013, № 10, maddə 1199; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2018, № 12 (II kitab), maddə 2736; 2021, № 7, maddə 871, № 10, maddə 1195; 2022, № 4, maddə 413, № 8, maddə 974) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin II hissəsinin onuncu abzasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri