Son günlər regionda baş verən proseslər, xüsusən də Gürcüstanda hökumət dəyişikliyindən və Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı müxtəlif fikirlər səslənir. Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan evi”nin direktoru Məhəbbət İmanovla söhbətimiz də bu barədədir.
– Məhəbbət müəllim, bilirsiniz ki, son günlər regionda müxtəlif hadisələr baş verir. Siz bu hadisələrin fonunda Azərbaycan və Gürcüstan arasında dostluq və strateji əməkdaşlıq münasibətləri haqqında nə düşünürsünüz?
– Məlumdur ki, iki ölkə arasında dostluq və mehriban qonşuluq əlaqələrinin tarixi kökləri var. Müasir dovrdə iki ölkə arasındakı dostluq, qonşuluq və müttəfiqlik münasibətlərinin əsası Azərbaycan xalqının Ümummilli lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyev tərəfindən qoyulub. Bu münasibətlər indi də yüksələn xətt üzrə inkişaf edir və daha da möhkəmlənir. Bu gün biz fəxrlə deyə bilərik ki, dövlət və hökumət başçılarımızın birgə səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyini deyir. Onu da bildirim ki, Azərbaycan hər zaman Gürcüstan ilə dostluq və qardaşlıq münasibətlərinin inkişafında maraqlı olub və bu siyasət gələcəkdə də davam edəcək. Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu münasibətlərə heç bir qüvvə xələl gətirə bilməyəcək.
– Bəs bu münasibətlərin inkişafında sadə xalqın rolunu necə görürsünüz?
– Gürcüstanda yaşayan yarım milyona yaxın aborigen azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkə arasında körpü rolunu oynayırlar. Məlumdur ki, ulu öndər Heydər Əliyevin 1996cı ildə Tbilisiyə rəsmi səfəri zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı münasibətlər”, “Cənubi Qafqazda sülh və əməkdaşlıq” haqqında müqavilələr imzalayıblar. Bu sənədlər hər iki ölkədə yaşayan xalqların birgə yaşayışının, qardaşlığının möhkəmlənməsinə, onların rifah halının yaxşılaşmasına xidmət edir. Azərbaycanlılar və gürcülər də bunu yaxşı başa düşürlər və dostluq körpüsünü daha da möhkəmləndirməyə çalışırlar.
– Bu gün Azərbaycanla Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələr mühüm dividendlər gətirir. Qarşıda daha iri, yeni alternativ enerji mənbələrindən “yaşıl enerji”, birgə istifadənin perspektivlərini necə görürsünüz?
– Bu gün Azərbaycan və Gürcüstanı həm də birgə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı– Supsa, Trans–Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyatkommunikasiya layihələri bağlayır. Qeyd olunan layihələr hər iki ölkəni birbirinə strateji cəhətdən bağlayır və bölgədə yeni reallıqlara yol açır. Ölkələrimiz arasındakı yüksək əlaqəlar gürcü icti maiyyətini və Gürcüstanda yaşayan azərbaycanlıları çox sevindirir.
Onu da qeyd edim ki, Azərbaycan dövləti təkcə Gürcüstanla deyil, bir çox ölkələrlə mühüm qlobal layihələr həyata keçirir, Avropa ölkələri arasında siyasi, iqtisadi və sosial layihələr üzrə etibarlı tərəfdaş kimi iştirak edir. Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu artıq beynəlxalq arenada öz mühüm əhəmiyyətini sübut edib. Hazırda Avropa və Asiyanı birləşdirən bu layihələr Azərbaycan və gürcü xalqlarının sosial rifah halının inkişafında, bir sözlə, regionun çiçəklənməsində mühüm rol oynayır. Orta dəhlizin əhəmiyyəti artdıqca Azərbaycan və Gürcüstan da dünya ölkələri sırasında güclənir. Düşünürəm ki, digər layihələr də bu baxımdan mühüm əhəmiyyət kəsb edəcək və regionumuz daha da inkişaf edib çiçəklənəcək. Lakin onu da qeyd etməliyəm ki, Cənubi Qafqazın digər ölkəsi olan Ermənistan da öz məkirli siyasətindən əl çəkməli, Azərbaycanla böyük sülh müqaviləsini imzaladıqdan sonra, onların da bu layihələrə qoşulması regionumuza daha böyük uğurlar gətirə bilər.
– Azərbaycanın Gürcüstandakı soydaşlarımızın problemləri, onların həllində mümkün rolu barədə nə deyə bilərsiniz?
– Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlı müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin daimi dəstəyi və diqqəti ilə tam əhatə olunub. Buna nümunə olaraq Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, elm, gürcü cəmiyyətinə inteqrasiyasını, sosial rifahın yaxşılaşdırılmasını və s. göstərmək olar. Qeyd edim ki, 2010cu ildən bu günə kimi Tbilisi ali təhsil müəsissələrində yeddi minə yaxın tələbənin təhsil ödənişləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödənilib. Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə, Azərbaycan dilli orta təhsil məktəblərinin, uşaq bağçalarının, idman komplekslərinin tikintisi, təmiri və yenidən qurulması, məscidlərimizin qazla təmin olunması, fiziki məhdudiyyətli insanlara qayğı kimi məsələlər həll olunur.
Eləcə də, Diasporla İş üzrə Dövlət Komitəsinin yerli azərbaycanlıların inkişafına, təhsilinə və inteqrasiyasına verdiyi dəstəklər danılmazdır. Çünki bu layihələr bütün regionu əhatə edir. Azərbaycanlıların yaşadığı rayonların hər birində, eləcə də paytaxt Tbilisidə gənclərin inkişafı və inteqrasiyası üçün tədris mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər təhsilmizin, mədəniyyətizin, incəsənətmizin, milli kimliyimizin, adətənənələrimizin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitseprezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısının nəticəsidir. Onu da bildirmək istəyirəm ki, 44 günlük Vətən müharibəsi dövründə əslən Gürcüstandan olan şəhidlərimizin xatirəsinin əbədiləşdirlməsi məqsədilə cənab Prezidentin göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən böyük işlər görülür.
– Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra işğaldan azad edilmiş rayonlarda həyata keçirilən işləri necə dəyərləndirirsiniz?
– Otuz il xalqımızın həsrətində olduğu tarixi Azərbaycan torpaqları müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020ci ildə cəmi 44 günə işğaldan azad edildi. O torpaqları görməsək belə, bizə doğma və əzizdir. Prezident İlham Əliyevin göstərişi ilə 2022ci ilin aprel ayında Dünya Azərbaycanlılarının V Qurultayı məhz Azərbaycanın Mədəniyyət paytaxtı olan, Qarabağın tacı sayılan Şuşa şəhərində baş tutdu.
Biz də o tarixi qurultayda iştirak edirdik. Cənab Prezident ilham Əliyev qurultayda tarixi çıxış etdi. Bildirdi ki, işğal zamanı dünyada yaşayan azərbaycanlılar üçün də ağır olub. Çünki istəristəməz bəzən müəyyən tədbirlərdə və ya başqa yerlərdə ermənilərin iddialı davranışları olurdu. Təbii ki, bu, bizim üçün çox ağır idi. Anacq cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün dünyada və Gürcüstanda yaşayan azərbaycanlılar başı dik, alnıaçıq, qalib xalqın nümayəndələri kimi yaşayır və fəaliyyət göstərirlər. Çünki dünyada yaşayan azərbaycanlıların ürəyi hər zaman Azərbaycanla döyünüb.
İkinci Qarabağ müharibəsi dövründə Gürcüstanda yaşayan yarım milyona yaxın azərbaycanlı Azərbaycan Prezidentinə, müdrik Azərbaycan xalqına və rəşadətli ordumuza dəstək olub. Bu, tarixi birlik nümunəsi idi. Biz Şuşa şəhərinə gedərkən Zəfər yolu ilə getdik. Qısa müddət ərzində böyük quruculuq işləri görüldüyünün şahidi olduq. Qarabağda hava limanları, yaşayış binaları, infrastruktur layihələri, məscid və məbədlərin yenidən bərpa işlərinin şahidi olduq. Eyni zamanda, Şuşa şəhəri tarixi bir diyar olduğu üçün orada tarixi izləri saxlamaq işlərinə necə həssaslıqla yanaşıldığını gördük. Bu gün biz Füzulidə, Laçında, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, eləcə də azad olunmuş digər torpaqlarda gedən bərpaquruculuq işlərini izləyirik. Bu, böyük hadisə olmaqla yanaşı, dövlət başçısının qətiyyətindən, iradəsindən və nüfuzundan xəbər verir. Və bütün dünya şahid olur ki, otuz il işğalda olan torpaqlar ermənilər tərəfindən talan və viran edilmişdir. Öz sahibi isə o torpaqları azad edəndən sonra qısa müddət ərzində dirçəldib nəfəs verir. Məcburi köçkünlər otuz il əvvəl öz yurdlarını acı göz yaşları ilə tərk etsələr də, otuz il sonra sevinc göz yaşı ilə geri dönürlər.
– Azərbaycanda növbədənkənar prezident seçkiləri haqında fikrinizi bilmək maraqlı olardı.
– Təbii ki, növbədənkənar Prezident seçkilərini müsbət qarşılayırıq. 2023cü ilin sentyabr ayında Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatları keçirdikdən və Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və Xankəndi azadlığa qovuşduqdan, ölkənin suverenliyi təmin edildikdən sonra bütöv Azərbaycan tarixində ilk dəfə Prezident seçkiləri keçirildi. Hər birimiz bilirik ki, bu seçkilərin tarixi əhəmiyyəti böyükdür. Müzəffər Prezident İlham Əliyev bütöv Azərbaycanda multikulturalizm, tolerantlıq, regionda sülh, birgəyaşayış istiqamətində Azərbaycan modelini təşviq edir. Biz, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman möhtərəm cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımıza tarixi zəfər yaşadan məhz cənab İlham Əliyev olub. Xalqımız da bunu qiymətləndirməli idi və qiymətləndirdi. Fevralın 7-də növbədənkənar seçkilərdə müzəffər Prezidentimiz İlham Əliyev şəksiz qələbə qazandı. Müdrik xalqımız ən düzgün seçimini etdi. Əminik ki, Azərbaycan xalqı öz lideri ilə daha böyük zəfərlərə və zirvələrə doğru gedəcək. Biz birlikdə güclüyük!
P.ƏMİRCANOV
XQ