Praqada yerləşən Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərovadan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir və Zati-alinizə ən xoş arzularımı bildirirəm.

Bəzən elə şəxsiyyətlər olur ki, onların misilsiz dərəcədə böyük əhəmiyyəti təkcə öz ölkəsinin tarixində deyil, ədalətli bir dünyanın formalaşmasında da hiss olunur. Zamanla onlar insanın daxili dünyasının ayrılmaz hissəsinə çevrilirlər. Onlara sadəcə heyran qalınmır və onlarla təkcə qürur duyulmur, onları həqiqətən dəyərli və doğma bilirlər.

Cənab Prezident, Sizin həyat yolunuz təkcə dövlət məsuliyyəti deyil.

Bu yol xalqın etimadı, ümidləri, tarixi və gələcəyidir, onun sevgisidir. Bu, çox ağır, eyni zamanda çox qiymətli bir yükdür və Siz bu yükü böyük ləyaqətlə daşıyırsınız.

Bu gün Sizə ad günü təbriki çatdırmaqla yanaşı, həm də səmimi minnətdarlığımı bildirmək istəyirəm - verdiyiniz dayaq hissinə, sabaha olan əminliyə və ədalətin qalib gələcəyinə olan inanca görə.

Həmişə sağlam olun və Sizi ürəkdən sevən xalqınızın yanında olun.

Ad gününüz mübarək, əziz Prezident!

Hörmətlə,

 

Leyla Begim Cəfərova

Praqada yerləşən Azərbaycan Mədəniyyət Evinin rəhbəri, Natəvan Cəmiyyətin sədri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Çex Yazıçılar Birliyinin üzvü

Məktublar