Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası adından səmimi-qəlbdən, dərin hörmət və ehtiramla təbrik edirik.

Sizin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə hərtərəfli inkişaf yolu keçmiş, dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar beynəlxalq miqyasda yüksək dəyərləndirilmişdir. Azərbaycan Respublikasının beynəlxalq arenada artan nüfuzu, milli maraqlarımızın qətiyyətlə qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi Sizin uğurlu siyasi kursunuzun bariz göstəricisidir.

Xüsusilə qeyd etmək istərdik ki, Sizin rəhbərliyinizlə əldə olunan tarixi nailiyyətlər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Azərbaycan xalqının milli qürurunun və birliyinin təcəssümünə çevrilmişdir. Bu böyük uğurlar hər bir azərbaycanlının qəlbində dərin fəxarət hissi doğurur və gələcək nəsillər üçün möhkəm təməl yaradır.

Bu əlamətdar və sevincli gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə daim müvəffəqiyyətlər, Azərbaycan dövlətinin daha da güclənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə həyata keçirdiyiniz bütün təşəbbüslərdə yeni-yeni uğurlar arzulayırıq.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycan Respublikasının davamlı inkişaf yolunda daha böyük zirvələr fəth edəcəyinə dərin inamımızı ifadə edirik.

Hörmətlə,

 

Taleh Qurbanov

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti

Assosiasiyasının prezidenti

Məktublar