Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə Polşada yaşayan azərbaycanlılar adından səmimi təbriklərimizi və dərin ehtiramımızı çatdırırıq.
Sizin rəhbərliyinizlə Azərbaycan müasir tarixinin ən həlledici və şərəfli mərhələsini yaşamış, milli iradə, siyasi uzaqgörənlik və güclü dövlətçilik modeli formalaşdırılmışdır. Qlobal çağırışların artdığı bir dövrdə Azərbaycanın müstəqil mövqeyinin qorunması, milli maraqlarının qətiyyətlə müdafiə edilməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi Sizin liderliyinizin bariz nəticəsidir.
Siz yalnız ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla azərbaycanlının da inam və ümid mənbəyisiniz. Biz, Polşada yaşayan azərbaycanlılar respublikamızın qazandığı hər uğuru, atdığı hər strateji addımı qürur hissi ilə izləyir, bu uğurları yaşadığımız ölkədə layiqincə təmsil etməyə çalışırıq.
Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan daha böyük zirvələr fəth edəcək, sülhün, inkişafın və ədalətin güclü tərəfdarı kimi öz yolunda inamla irəliləməkdə davam edəcəkdir.
Hörmətlə,
Sedat Şamilli
Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları
Mədəniyyət Assosiasiyasının sədri

