Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hazır olduğumu və Zati-alinizə yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Bassiru Diomaye Faye

Seneqal Respublikasının Prezidenti

Məktublar