İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 

Cənab Prezident!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikasının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Rusiya-Ukrayna müharibəsi ilə xarakterizə olunan həssas bir dövrdə çoxsaylı görüşlərimiz zamanı da təsdiq etdiyimiz kimi, Bakı və Romanı birləşdirən möhkəm əlaqələrin davamlı olaraq güclənməsini qeyd etmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.

Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, Sizə səmimi dostluq ruhunda şəxsi rifah, dost Azərbaycan xalqına firavan gələcək arzularımı çatdırıram.

Hörmətlə,

 

 

Sercio Mattarella

İtaliya Respublikasının Prezidenti

Məktublar