"BədDua" tamaşasının premyerası olub

post-img

Fevralın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrında Əbədi Tədbirlər Birliyi layihəsinin 4 yaşı münasibətilə "BədDua" tamaşasının premyerası keçirilib.

Bu barədə XQ-yə tamaşanın rejissoru və ssenari müəllifi Polad Ağa İbrahimov məlumat verib.

Tamaşadan əvvəl layihənin istedadlı üzvləri mini konsertlə çıxış ediblər. Sonra "BədDua" tamaşası nümayiş olunub.

Tədbirdə şəhid ailələri, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə, Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Ağsaqqallar Şurası, Xətai Rayon Gənclər və İdman İdarəsi və ictimai fəallar iştirak ediblər.
Tamaşa qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə çıxış edən rəsmi qonaqlar öz ürək sözlərini yaradıcı heyətlə bölüşərək onlara bu yolda uğurlar arzulayıblar.

Tədbirin sonunda Əbədi Tədbirlər Birliyi layihəsinin rəssamları şəhid valideynlərinə hazırladıqları şəhid övladlarının portretlərini təqdim ediblər.

Müəllif əsərdə cavan qız olan Zərnişan Zeynalxanı özünə aşiq etmək üçün cadu etdirir. Lakin 40 ildən sonra pozulan cadu və Zeynəlxanın gənc bir qıza aşiq olması faciə qapılarının kilidini qırır.

Rollarda Əbədi Tədbirlər Birliyinin gənc aktyorları çıxış ediblər.











Mədəniyyət