Təqvim yada salır

post-img

Məstan Günər – 90

Milli uşаq ədəbiyyаtımızdа özünəməхsus yеri оlаn şair, publisist Məstan Günər (Əliyev) 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. İlk şerləri rayon qəzetində dərc edilib.

APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İsti köynək”, “Körpü” şeirləri ilə respublika mətbuatına çıxıb. Publisistik və tənqidi məqalələr də yazıb. Onun ilk qələm təcrübələri, bir sıra lirik şeirləri “Məstan Dəmirçioğlu”, “Məstan Əsrikli”, “Məstan Məsum” təxəllüsü ilə çap edilib. İlk kitabları “Qartal”, “Məsum Əliyev”, “Məstan Əliyev”, “Məstan” imzaları ilə, son 3 kitabı "Məstan Günər" təxəllüsü ilə dərc olunub.

Оnun “Günəbахаn nənə”, “Аğаcdа lеylək”, “Sеl”, “Lоvğа Murtаz”, “Çохbilmiş kеçi”, “Dəcəl dələ, qоrхаq dоvşаn və qоrхmаz küçük”, “Ürəyin nаğılı” kimi pоеmа və nаğıllаrı uşaqların böyük marağına səbəb olub.

Məmmədbağır Bağırzadə – 75

21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya göz açıb. Ulu babaları kərküklü olan müğənninin sənət yolu el şənliklərindən başlayıb.

Adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Bəstəkar Ələkbər Tağıyev Məmmədbağır Bağırzadəni ilk dəfə televiziyaya gətirərək onun yaradıcılığında xüsusi rol oynayıb. 2002-ci ildə “Xalq artisti” fəxri adını almış müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi. Müxtəlif illərdə dövlət filarmoniyasında, “Azkonsert” Birliyində çalışan Məmmədbağır Bağırzadə ecazkar səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirən ifaçılardan olub, Azərbaycanın qüdrətli sənətkarlarının layiqli davamçısına çevrilib.

Məmmədbağır Bağırzadə rəhbərlik etdiyi “Dilkəş” instrumental ansamblı ilə respublikanın bütün bölgələrində çıxış edib. 1985-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində solist kimi çalışıb. İstedadını dünyanın müxtəlif ölkələrində keçirilən mədəniyyət günlərində məharətlə göstərə bilib.

Gözəl səs ustası olan müğənni-bəstəkar 2005-ci ildə dünyasını dəyişib.

Ağacəbrayıl Abasəliyev – 70

26 iyul 1955-ci ildə Paytaxt Bakıda müəllim ailəsində anadan olub. 3-cü sinifdə (1965) məktəblilər arasında respublika festivalının laureatı adını qazanıb.

Asəf Zeynallı adına Musiqi Kollecində oxuyarkən 17 yaşında Almaniyanın Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olub. Həmin ildə (1972) Opera və Balet Teatrına milli üçlüyə dəvət edilib. Konservatoriyanı 3 ixtisas üzrə – ifaçı solist, xalq çalğı alətləri orkestrinin dirijoru və müəllim kimi bitirib. İstedadlı sənətçi 1975-ci ildə opera teatrında ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaradıb. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və digər tanınmış müğənnilərlə bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış edib.

Ağacəbrayıl Abasəliyevin ifasında bütün muğamlar, təsniflər gözəl səslənir. Adil Bəbirovun “İlk addımlar”, Cahangir Cahangirovun “Misir lövhələri” onun böyük istedadının uğurlarıdır. Artıq 10 ildir ki, “Xalq artisti” fəxri adını daşıyır.

O, çoxlu sayda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini kamança ilə fortepiano üçün işləyib və müxtəlif fənlərə üçün proqramlar işləyərək tədrisə daxil edib. 2019-cu ildən Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri kafedrasının professoru vəzifəsində çalışır. Prezidentin fərdi təqaüdçüsüdür.

Ə.ƏLİYEV
XQ

 





Mədəniyyət