Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi davam edir.
Layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbinin tələbələrindən ibarət daha bir qrupun diplom tamaşaları nümayiş olunub. Xalq artisti Məmmədsəfa Qasımovun quruluşunda Anton Çexovun “Ayı” və “Elçilik” əsərləri əsasında hazırlanan tamaşalar iyulun 7-də Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim edilib.
Səhnə əsərlərini mərkəzin əməkdaşları – təhlil, təlim və tədris şöbəsinin müdiri Cəmilə Mirzəyeva, teatrşünas Dağlar Yusif, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, direktoru Tural Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı və teatrsevərlər izləyiblər.
Nümayişdən sonra layihə üzrə tədris proqramını uğurla bitirənlər diplomla təltif olunublar.
XQ