Naxçıvanda media konfransı

post-img

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə milli mətbuatın 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Məclisdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının önəmini vurğulayan bölmə sədri, akademik İsmayıl Hacıyev Azərbaycan milli jurnalistikasının tarixindən, ilk mətbu nəşrlərin milli oyanış və istiqlal düşüncəsinin formalaşmasında oynadığı roldan, Əkinçi” qəzeti ənənələrinin anadilli mediamızın inkişafına göstərdiyi misilsiz təsirdən söz açıb. Akademik müstəqillik illərində söz azadlığının demokratik cəmiyyət quruculuna ictimai dəstək qazandırdığını, çağdaş qlobal çağırışları cavablandırdığını da qeyd edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Milli mətbuatın inkişafında “Şərqi-rus” qəzetinin yeri və rolu”, aparıcı elmi işçisi, dosent Aygün Orucova “Molla Nəsrəddin” jurnalının milli mətbuatın inkişafında yeri və rolu”, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Milli mətbuatımız ötən əsrin sonlarında müstəqillik uğrunda mübarizədə” adlı mərulərlə çıxış ediblər.

Konfransda Naxçıvanda milli mətbuatının yaranması və formalaşması tarixindən, ümummilli lider Heydər Əliyevin ölkədə medianın inkişafına göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən də ətraflı söhbət açılıb.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat