“Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub.

Festival çərçivəsində keçiriləcək “Səfiəddin əl-Urməvinin Musiqi İrsi – Keçmişlə Müasirlik Arasında” adlı simpoziumun iştirakçıları sərgi ilə tanış olublar.

Nazirlikdən bildirilib ki, sərgidə simpoziuma daxil olan musiqiyə aid risalələr təqdim edilib. Sərgi iştirakçılarına burada nümayiş olunan 37 eksponat barədə məlumat verilib.

Azərbaycan, türk, fars və ərəb dillərində yazılmış həmin eksponatlar arasında musiqiyə aid risalələr, orta əsrə aid əlyazma miniatürlərində musiqi alətləri yer alıb.

Sərgi qonaqların böyük marağına səbəb olub.















Mədəniyyət