Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatıb

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AzərbaycanRespublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi respublikanın ən böyük festival müsabiqəsi olan Uşaq İncəsənət Festivalının qeydiyyat mərhələsi uğurla başa çatdı! Ölkənin müxtəlif bölgələrindən minlərlə istedadlı uşaq və yeniyetmə bu möhtəşəm incəsənət festivalında iştirak etmək üçün müraciət etdi.

Festivalın növbəti mərhələsi seçim turlarından ibarət olacaq. Yaxın günlərdə bütün iştirakçılar portal vasitəsilə seçimlərin keçiriləcəyi məntəqələr, tarixlər və digər vacib məlumatlar barədə ətraflı məlumat əldə edə biləcəklər. Seçimlər peşəkar münsiflər heyəti tərəfindən aparılacaq və iştirakçılar müxtəlif incəsənət növlərində öz istedadlarını nümayiş etdirəcəklər.

Uşaq İncəsənət Festivalı Azərbaycan mədəniyyətinin gənc nəsil arasında təbliğinə, yeni istedadların üzə çıxarılmasına və onların peşəkar inkişafına dəstək verməyə davam edir. Festival çərçivəsində iştirakçılar müxtəlif ustad dərslərində iştirak edəcək, tanınmış incəsənət xadimlərindən dəyərli tövsiyələr alacaq və böyük səhnəyə çıxmaq imkanı əldə edəcəklər.

S.FİDAN
XQ 

Mədəniyyət