Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəy ilə Sabirabad şəhərində Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil ediləcək.
3-8 aprel tarixlərində Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbində baş tutacaq ustad dərsləri tar ifaçısı, Əməkdar artist Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən keçiriləcəkdir.
Ustad dərsinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, lazımi metodiki köməkliyin göstərilməsi həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərin artırılmasıdır.