Rənglərin Zəfər hekayəti

post-img

İmişli şəhərindəki Differensial Təhsil Tədris Mərkəzində '”Konstitusiya və Suverenlik İli” çərçivəsində ”Zəfərimiz rəssam Gülnarənin rənglər dünyasında'” adlı sərgisi açılıb.

Sərginin təşkilatçısı – Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, AYB-nin üzvü Güllü

Eldar Tomarlı ötən illərdə qurumun təşəbbüsü ilə düzənlənən rəsm sərgilərindən danışıb və gənc rəssam Gülnarə Məmmədovanın yaradıcılığı haqqında məlumat verib.

Açılışda Differensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədli, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rüfət Muradov, Sabirabad

Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov, qazi-jurnalist Səbuhi Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Səyalı Dadaşova, ziyalılar Hüseyn Minbaşıoğlu, Əlibayram Əliyev, şəhid anaları Tahirə Mehdiyeva, Solmaz Əliyeva, Sevil Hüseynova və başqaları çıxış edərək rəssama uğurlar diləyiblər.

Sonda Gülnarə Məmmədova sərginin düzənlənməsində zəhməti olan hər kəsə və ziyarətçilərə təşəkkürünü bildirib və yaradıcılığının son uğuru kimi ulu öndər Heydər Əliyevin kətan üzərində yağlı boya ilə işlədiyi portretini təqdim edib.

Rayon rəsmiləri, idarə və təşkilatların nümayəndələri də sərgini ziyarət edib, gənc rəssamın əsərləri ilə tanış olublar.

XQ

Mədəniyyət