Astanada E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında Türk Mədəniyyəti və İrsi Fondu “TAMYR” adlı konsert keçirilib. Türk xalqlarının zəngin musiqi irsini nümayiş etdirən şənlik Fondun II Şura Toplantısı çərçivəsində təşkil olunub.
Səhnədə “Turan” Folklor-Etnoqrafik Ansamblı, “Gulder” Ansamblı, “Saltanat” Dövlət Rəqs Ansamblı və K.Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının və E.Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.
“TAMYR” konsertinin məqsədi türk xalqlarının ortaq mədəni kimliyini musiqi və rəqs vasitəsilə qeyd etmək, tamaşaçılara Türk dünyasının zəngin bədii irsinə nəzər salmasına imkan yaratmaqdır. Bu tədbir türk dövlətləri arasında mədəni əməkdaşlığı gücləndirməklə yanaşı, onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verir.
FİDAN
XQ