Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir keçiriləcək

post-img

Fevralın 15-dən 16-dək Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı xüsusi tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının nümayişləri Nizami Kino Mərkəzində və Animasiya Evində reallaşacaq.

Festival çərçivəsində BAFTA və “Oscar” mükafatlı Böyük Britaniya animasiya filmləri tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, britaniyalı tanınmış animasiya prodüseri Aaron Wood “Animasiya istehsalı”, “Layihənin inkişaf etdirilməsi” və “Pitçinq” mövzularında mühazirələr oxuyacaq.

Tədbiri “Peri Film” MMC və Azərbaycan Animasiya Assosiasiyası təşkil edir və “British Council” tərəfindən dəstəklənir. Festivalın media tərəfdaşı isə məşhur animasiya jurnalı “Skwigly”dir.

Biletləri “Tripsome” platforması üzərindən əldə etmək mümkündür.

Mədəniyyət