Özbəkistanda yaşayan Qərbi azərbaycanlılarla görüş keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ölkədə yaşayan Qərbi azərbaycanlılarla görüş keçirilib.

Tədbiri AMM-nin direktoru Akif Marifli açaraq zaman-zaman ermənilərin həm Azərbaycan ərazisində, həm də Qərbi azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırım siyasətindən danışıb, XIX-XX əsrlərdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatındakı rolu haqqında söhbət açıb.  

Özbəkistanda yaşayan Qərbi azərbaycanlılar İctimai Birliyinin sədri İlham Abdullayev Azərbaycan Prezidentinin bu sahədə məqsədyönlü iş apardığını, son 200 il ərzində Qərbi Azərbaycanda həmvətənlərimizin deportasiya və soyqırıma məruz qaldığını bildirib, ata-baba torpaqlarımızda tarixi abidələrimizin, məscidlərimizin  dağıdığldığını diqqətə çatdırıb. O, xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması sahəsində görülən işlərdən danışıb, Özbəkistanda İctimai Birliyin qeydə alınması məsələsinə toxunub. 

AMM-nin əməkdaşı Kərimulla Məmmədzadə öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşməyin vacib olduğunu bildirib, bununla bağlı Qərbi Azərbaycan İcmasının xüsusi Konsepsiya hazırladığını diqqətə çatdırıb. 

Soydaşlarımızdan İsmayıl Məmmədov, Süleyman Tağıyev və başqaları uzun illər vətəndən kənarda yaşayan soydaşlarımızın vahid bir təşkilatda birləşməsi, onların əlaqələndirilməsi, məlumatlandırılması və birgə mütəşəkkil hərəkət etmək, qərar qəbul etmək baxımından ictimai birliyin  vacib olduğunu bildiriblər. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 





Mədəniyyət