Pakistanda baş verən toqquşmada 23 yaraqlı zərərsizləşdirilib,18 hərbçi öldürülüb

post-img

Son 24 saat ərzində Pakistanın Bəlucistan əyalətində ölkənin təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş verən toqquşmada 23 yaraqlı zərərsizləşdirilib,18 hərbçi öldürülüb. 

Pakistan mətbuatının məlumatına görə, toqquşma Bəlucistan əyalətinin müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı baş verib.

Məlumatda qeyd olunur ki, Harnai bölgəsində baş verən qarşıdurma zamanı 11 silahlı, Kalat bölgəsində isə 12 yaraqlı zərərsizləşdirilib. Bildirilir ki, əməliyyatlar yaraqlıların tam zərərsizləşdirilməsinə qədər davam edəcək. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad 

Dünya