Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ş.Peronun əsəri əsasında hazırlanan “Yatmış gözəl və cırtdanlar” tamaşası nümayiş olunacaq.
Teatrdan XQ-yə bildirilib ki, balaca tamaşaçılar üçün hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Zülfiyyə Sadıxova, Fidan Babayeva, baş dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Xronometrajı bir saat müddətindən çox olan tamaşada zəngin dekorasiya göz oxşayacaq.
XQ