Mədəniyyət xadimlərimiz Romada

post-img

Romada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə milli mədəniyyət elçiləri toplantısı keçirilib. 

Səfir Rəşad Aslanov səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzinin fəaliyyətindən bəhs edib.

Mədəniyyət naziri Adil Kərimli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilən tədbirin milli mədəniyyətimizin təbliğinə töhfə olduğunu bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan diasporunun fəaliyyətdən, xaricdəki soydaşlarımızın mədəniyyətimizi daha yaxından tanıtmaq səylərindən danışıblar. 

Xalq yazıçısı Çingiz Abdullayev, ­tanınmış sənət adamları – Cahangir Novruzov, Firəngiz Əlizadə, Əsmər Nərimanbəyova, Yalçın Adıgözəlov, Cəmilə Cavadova-Spitsberq və Fəxrəddin Manafov görüşün əhəmiyyətini vurğulayıblar.

Mədəniyyət elçilərimiz “Villa Borghese” parkında dahi Nizami Gəncəvinin abidəsini də ziyarət edib, önünə gül dəstələri düzüblər.

XQ

 

Mədəniyyət