Xətai Sənət Mərkəzində payızın gəlişinə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət məqsədi ilə 4-18 yaşlı uşaq və yeniyetmələr arasında "Payız mənim Vətənimdə" adlı rəsm sərgisi keçirilib.
Sərgidə Sumqayıt Suluboya Cəmiyyətinin sədri İntiqam Cəfərov, Xətai Sənət Mərkəzinin rəssam müəllimi Gündüz Həbibov uşaqların əsərlərinə baxış keçiriblər. Sonra, rəssamlar Gövhər Məmmədova və Tofiqə Əliyeva öz çıxışlarında uşaqlara uğurlar arzu ediblər.
Sonda isə, 2 saylı Uşaq və Gənclər inkişaf mərkəzinin müəllimi Yusifli Səidə, 1 nömrəli uşaq və Gənclər inkişaf mərkəzinin müəllimi Kərimov Murad,
Mil liseyinin müəllimi İbrahimova Surə və başqaları təşəkkürnamə ilə təltif olunublar. Sərgidə iştirak edən rəssam dostlarımıza sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbirin media dəstəkçiləri Azpress.az və Xalqqazeti.az xəbər saytlarıdır. Fotolar Azpress.az xəbər saytının fotoqrafı Mahir Əhmədova məxsusdur.
Fidan SALMANOVA
XQ