Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə

post-img

Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Rumıniyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası əlaqələrimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

Hazırda bir sıra sahələrdə tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. İnanıram ki, Azərbaycan ilə Rumıniya arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvilərdə əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2024-cü il

Məktublar